Futbol üzrə Azərbaycan birinci divizionunda 23-cü tura yekun vurulub.
Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bugünkü oyunlarda aşağıdakı nəticələr qeydə alınıb.
Lider "Neftçala" səfərdə "Şahdağ"a 3:4 hesabı ilə uduzub. "Qaradağ Lökbatan" klubu isə səfərdə "Şəmkir"i 1:0 hesabı ilə məğlub edib.
22 aprel
Birinci divizion, 23-cü tur
“Bakı” - “Göyəzən” - 1:1
Qollar: Azad Böyükkişiyev, 20 (0:1), Kamil Nurəhmədov, 80-pen (1:1)
“Şəmkir” - “Qaradağ Lökbatan” - 0:1
Qol: Raul Yaqubzadə, 67-pen (0:1)
“Şahdağ” - “Neftçala” - 4:3
Qollar: Sərxan Ağayev, 22-pen (1:0), Roini İsmayılov, 25 (1:1), Şahin Məmmədov, 35 (2:1), Anar Babayev, 37 (2:2), Mübarək Şahquliyev, 61-avtoqol (3:2), Sərxan Ağayev, 71 (4:2), Fərid Səmədzadə, 90+1 (4:3)
Turnir cədvəli