Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 31-ci turun daha iki oyunu keçirilib.
Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, baş tutan iki oyunda qapılara 8 qol vurulub.
"Neftçi" evdə "Zirə"yə 1:0, "Qəbələ" isə səfərdə "Xəzər Lənkəran"a 7:0 hesabı ilə qalib gəlib."Qəbələ"nin forvardı Ramil Hasanov həmin oyunda "penta-trik” edib.
22 aprel
“Neftçi” - “Zirə” - 1:0
Qol: Elşən Rzazadə, 61 (1:0)
"Xəzər Lənkəran" - "Qəbələ" - 0:7
Qollar: Ramil Hasanov, 6 (0:1), 27 (0:2), 29 (0:3), 38 (0:4), 44 (0:5), Yusif Dilanov, 80 (0:6), Roman Hüseynov, 85 (0:7)
Turnir cədvəli