"Neftçi" Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşacağı "Zirə" ilə oyuna hazırlığı davam etdirir.
Newsport.az-ın məlumatına görə, ötən gün baş tutan məşqdə Araz Abdullayev sıradan çıxıb.
Böyük ehtimalla, yarımmüdafiəçi qarşıdakı oyunu buraxmalı olacaq. Abdullayevlə yanaşı, Xuan Alberto Melli də zədəlidir. Amma Arazdan fərqli, Melli bu mövsüm meydana çıxa bilməyəcək.