"Qarabağ" "İnter Arena"nı seçdi

"Qarabağ"ın may ayındakı ev oyunlarını doğma "Azərsun Arena"da keçirə bilməyəcəyini xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, buna səbəb mayın 5-dən 21-dək Azərbaycanda təşkil olunacaq 17 yaşadək futbolçular arasındakı Avropa çempionatının bəzi oyunlarının Ağdam klubunun stadionunda keçirilməsidir.

Öncədən "Qarabağ"ın bu müddət ərzində bir neçə ev oyununu "Zirə"nin stadionunda keçirəcəyi bildirilirdi. Lakin əldə etdiyimiz son məlumata görə, Ağdam klubu müvəqqəti olaraq "İnter Arena"ya köçəcək.

Qeyd edək ki, eyni səbəbdən "Neftçi" də "Bakcell Arena"nı "Əlincə" stadionuna dəyişməli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right