Zaur Svanadze: "Bunu çox istəyirik və ciddi hazırlaşırıq”

"İnter”in baş məşqçisi Zaur Svanadze klubun rəsmi saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXI turunda "Qarabağ”la qarşılaşma haqqında fikirlərini bildirib: 

 
"Qarabağ”la oyuna adi qaydada hazırlaşırıq. Rəqibin çox yaxşı komanda olduğunu bilirik. Yaxın 4 oyundan 3-nü məhz "Qarabağ” komandasına qarşı keçirəcəyik. Ona görə də, çox çətin mərhələ olduğunu anlayırıq. Buna baxmayaraq,  yaxşı oynamağa çalışacağıq."

Təcrübəli mütəxəssis həmçinin komandanın zədəliləri barədə də danışıb: "Rauf Əliyevi növbəti oyunda görməyə ümid edirəm. O, 30-45 dəqiqə oynamağa hazırdır. Nizami Hacıyev fərdi qaydada məşq edir. Təqribən iki həftəyə meydana dönəcək. İlkin Qırtımov da zədəlidir. Qızdırmadan əziyyət çəkən Abbas Hüseynov da oyunu buraxmalı olacaq. Sezar Meza Kolli artıq komanda ilə məşq edir. Amma paraqvaylı oyunçunun "Qarabağ”la oyuna çıxacağı hələlik sual altındadır. Kamran Ağayev də komandayla birlikdə məşq edir. Ümid edirik ki, yaxın gələcəkdə onu meydanda görəcəyik. Çətinliklər var, amma biz ilk üçlüyə düşmək üçün var gücümüzlə çalışacağıq. Bunu çox istəyirik və ciddi hazırlaşırıq”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right