"Azərbaycanın elə bir rayonu qalmayıb ki, ordakı kafe-restoranlara borcumuz olmasın"

"Səkkiz ay maaş almayan, məşqə gəlməyə yolpulu tapmayan futbolçularla çempionata davam ediriksə, bu komanda küçəyə atılmamalıdı"

Newsport.az-ın məlumatına görə, bu sözləri  "Şahdağ"ın baş məşqçisi Adil Mahmudov deyib. Qusar təmsilçisinin çalışdırıcısı "Azenko"nun, ümumiyyətlə, onları hesabdan sidiyini bildirib:

"Əvvəl, heç olmasa, səfər xərclərini ödəyirdilər, nə vaxtdı onu da eləmirlər artıq. Şirkətdən bir manat pul gəlmir. Adicə zəng də eləyib maraqlanmırlar. Ərəstun Niftiyev yenə düşüb küçələrə, ordan-burdan borca pul alır. Azərbaycanın elə bir rayonu qalmayıb ki, ordakı kafe-restoranlara borcumuz olmasın. İki gün sonra "Neftçala" Qusara gəlir. Bilmirik komandanı hazırlayaq, yoxsa başqa problemləri həll edək.

Yuxarıdan bir nəfər soruşmur ki, 8-9 ay maaş almayan futbolçu nə vəziyyətdədi. Qış fasiləsindən sonra bir oyunu uduzmamışdıq. Getdik Mingəçevirə, "Energetik"ə uduzduq. Oyundan əvvəl İsabala İsrafilov isinmə hərəkətlərini yerinə yetirərkən ayağını sındırdı. Sol ayağı düşdü meydançanın kənarındakı su kanalına. Beş-altı əsas futbolçunu cəzaya və zədəyə görə oynada bilmədim. Uşaqların hamısında böyük ruh düşkünlüyü var, onları bir zülmlə burda saxlayırıq. Görək, mayda nə qərar verəcəklər "Şahdağ" haqda. Çox narahatıq".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right