Armenteros “İnter”ə qarşı oynaya biləcəkmi?

Azərbaycan Premyer Liqasının XXXI turunda doğma meydanənda  "İnter"i qəbul edəcək "Qarabağ”qarşılaşmanın hazırlıqlarını davam etdirir. 

Newsport.az-ın məlumatına görə, Premyer Liqanın lideri sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq.

Belə ki, sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşən  Riçard Almeyda bu matçı buraxmalı olacaq. Zədə səbəbindən mövsümü bitirən Rahid Əmirquliyev də komandaya kömək edə bilməyəcək.

Zədə səbəbindən ötən tur komandasına kömək edə bilməyən Samuel Armenteros artıq hazırdı. İsveçli hücumçu "İnter"lə qarşılaşmada şansını gözləyəcək.

Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu aprelin 22-də keçiriləcək və saat 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right