Premyer Liqanın 31-ci turunda "Qarabağ"la qarşılaşacaq Bakı “İnter”i oyuna ciddi itkilərlə çıxacaq.
Newsport.az-ın məlumatına görə, komandanın kapitanı Nizami Hacıyev, qapıçı Kamran Ağayev, yarımmüdafiəçi Sezar Meza Kolli və müdafiəçi İlkin Qırtımov qarşıdan gələn vacib oyunu buraxacaq. Hər dörd futbolçu zədədən əziyyət çəkir.
Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı aprelin 22-də "Azərsun Arena"da keçiriləcək.