Futbol üzrə Azərbaycan milli komandası Ukrayna yığması ilə qarşılaşa bilər.
Newsport.az-ın məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Vladimir Laşkul Ukrayna mətbuatına açıqlamasında məlumat verib.
Laşkul bildirib ki, Ukrayna yığması Avro 2016-dan öncə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Milli komandanın mayın 29-da Rumıniya, iyunun 3-də Albaniya və iyunun 6-da isə Moldova millisi ilə qarşılaşacağı nəzərdə tutulub.
Federasiya rəsmisi Moldova Futbol Federasiyası ilə danışıqların davam etdiyini bildirib. Onun sözlərinə görə, Moldova ilə danışıqlar müsbət yöndə həllini tapmasa, bu halda Azərbaycan Futbol Federasiyası ilə danışıqlara start veriləcək.