“Bakı”nın daha 6 xalı silindi

AFFA-nın İntizam Komitəsi "Bakı”nın hesabından növbəti 6 xalın silinməsinə qərar verib.

Newsport.az-ın məlumatına görə, komitə bu addımı FİFA-dan quruma daxil olan məktuba əsasən atıb.
Belə ki, məktubda FİFA-nın Nizam-İntizam Komitəsinin "Bakı” klubu haqqında qərar qəbul etdiyi bildirilib. Paytaxt təmsilçisi ilə klubda çıxış etmiş Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə riayət olunmamağı səbəbindən "zolaqlılar”ın cari mövsüm aktivliyindən 6 xal silinməsini tələb edilib.
Bunu nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi I divizionda çıxış edən "Bakı"nın hesabından 6 xal silinməsinə qərar verib.
Qeyd edək ki, cari mövsümdə "Bakı”nın hesabından bir dəfə 6, bir dəfə 3 xal da silinmişdi. Bu dəfəki cəza ilə bakılıların ümumi xal cəzası 15-ə çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right