"Sumqayıt"ın hücumçusu Vaqif Cavadov AZAL-la matçda yaşanan gərginlik barədə danışıb.
Newsport.az-ın məlumatına görə, Cavadov Qvanzav Məhəmmədovla yaşanan mübahisə haqda bunları deyib: "Bircə onu deyim ki, Azərbaycana gələn legionerlər bizə söyüş söyə bilməz. Bizə qarşı sayqı ilə davranmalıdılar.
Bura gələn legionerlər başa düşməlidi ki, Azərbaycandadılar. Biz onların ölkəsinə gedəndə söyüş söyə bilmərik. Çünki bizi hamı qınayar. Qvanzavla da oyundan sonra danışdıq və barışdıq, hər şey qaydasındadı".