"Vurduğum qolu bacıma həsr edirəm" - Tural Hümbətov

"Sumqayıt"la matçda AZAL-ın və matçın yeganə qoluna imza atan Tural Hümbətov açıqlama verib.

Müdafiəçi vurduğu qolu yenicə ailə həyatı quran bacısına həsr etdiyini deyib: "Oyun gözlədiyimiz kimi ağır alındı. Vurduğum qola görə çox sevindim. Bu qolu yenicə ailə həyatını quran bacıma həsr edirəm. Mən Sankt-Peterburqa toya getmişdim. Yeni gəlmişəm elə. Vurduğum qola görə çox sevindim. Qələbə tək mənim yox, komandanın əziyyətidi.

Bəli, qol maraqlı alındı. Emin Cəfərquliyev ötürmə verdi və mən gedən topu qapıya göndərdim".

Hümbətov Qvanzav Məhəmmədov və Vaqif Cavadov arasında yaşanan mübahisə haqda da danışıb: "Düzdü, həmin epizodda mən ehtiyat skamyadaydım. Çünki əvəzlənmişdim. Oyun epizodunda nəsə mübahisə yaşandı. Ancaq bildiyim qədərilə hər şey qaydasına düşdü".

"Avrokuboklar barədə heç nə deyə bilməyəcəm. Biz hər oyuna qələbə üçün çıxırıq. Qismət olsa, avrokuboklarda oynayacağıq" - deyə, Hümbətov fikirlərini yekunlaşdırıb.

Sportinfo.az

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right