Premyer Liqanın 30-cu turunun gərgin keçən AZAL - "Sumqayıt" matçında xoşagəlməz insidentlər yaşandı. Bir neçə epizodda futbolçular söz-söyüş davasına çıxdılar.
Newsport.az-ın məlumatına görə, görüş yekunlaşan kimi "gənclik şəhəri" təmsilçisinin prezidenti Kamran Quliyev AZAL-lı həmkarınaın üstünə yeriyib.
Quliyev Vaqif Qasımova iradını bildirib, futbolçularının söyüş söymələrinə görə şikayət edib: "Belə olmaz, ayıbdı. Futbolçularınıza deyin, söyüş söyməsinlər".
Qeyd edək ki,oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.