"Üç xal qazandığımız üçün futbolçularımıza təşəkkür düşür. Bu qələbə bizim üçün çox vacib idi.”
Newsport.az saytının məlumatına görə, bu sözləri "CBC Sport”a açıqlamasında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Mütəxəssis Azərbaycan Premyer Liqasının XXX turunda "Sumqayıt”a qalib gəldikləri oyundan razı qalmadığını vurğulayıb: "Ötən tur "İnter”lə səfər oyununda xal itirdiyimizdən bunun əvəzini çıxmağa çalışırdıq. AZAL son illərdə çempionatı 36-39 xalla başa vurmaqla bitirir ki, bu sindromu qırmağa çalışırıq. Bu gün hər iki komanda mübarizə apardı. Bilirdik ki, "Sumqayıt” da 8-ci pillədən qurtulmağa çalışır. Biz isə evdə maksimum nəticə əldə etmək üçün çalışırıq. Düzünü desəm, hər iki hissədə istədiyim futbolu oynaya bilmədik. Bizdəheç nə alınmadı, penaltini vura bilmədik. Fasilədə bəzi futbolçulara iradımı bildirdim.Onların oyununun düzəlməsi komandanın oyununa müsbət təsir etdi”.
Mütəxəssis bu qələbə sayəsində komandasının Avropa Liqasına düşmək şanslarının artdığını da bildirib: "Bundan söz düşəndə, öz-özlüyümdə keçmişi fikirləşirəm. Çempionatın ilk 5 turunda bütün oyunlarda məğlub olmuşduq, qol da vura bilməmişdik. Alla bizə bu imkanı yaradıb. Avropa Liqasına yollanmaq imkanımız varsa, niyə də bundan istifadə etməyək? Kiçik büdcə ilə buna nail olsaq,bu, bizim üçün böyük uğur olardı. Qarşıdakı oyunlarımızda da qələbə qazanaraq, bu şansı əldən verməməyə çalışacağıq. ”