“Maraqlı oyun oldu. Məğlub olmalı deyildik. İlk hissədə rəqibdən üstün futbol sərgilədik, ikinci hissədə futbolçularımızda yaranan yorğunluq məğlub olmağımıza səbəb oldu. Newsport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran”ın futbolçusu Vaquf Güləliyevə məxsusdur. Topaz Premyer Liqasının XXX turunda “Zirə”yə məğlubiyyətdən sonra (1-0) saytımıza açıqlama verən gənc futbolçu komandanın müdafiəçisi Nodar Məmmədovun zədələnməsini oyuunlarına təsir etdiyini bildirib:
“Öz səhvlərimizdən qapımızda qol gördük. Çalışacağıq ki, belə səhvlər buraxmayaq. Nodarın zədələnməsi oyunumuza təsir etdi. Onun zədələnməsindən sonra,müdafiədə boşluqlar yaranmasına gətirib çıxardı.”
Güləliyev komandasının ardıcıl 19 oyunda qələbəyə həsrət qalması barədə də danışıb: “İnşallah “Qəbələ” ilə oyunda sindromu “sındırmağa”çalışacağıq. “Qəbələ” ilə oyunda qələbə qazanmaq və azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. İnanırıq ki, qarşıdakı oyunlarda maksimum xal yığıb, “Rəvan”ı böyük xal fərqi ilə geridə qoyacağıq. ”