Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Ancaq inanıram ki gələn oyunlarda belə olmayavaq və oyunumuzu düzəltməliyik".
Newsport.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib. "Xəzər Lənkəran"la oyundan sonra fikirlərini bildirən A.Şükürov çətin oyun keçdiyini deyib: "Ağır oyun oldu. Bəziləri "Xəzər Lənkəran"ı cavan olduğuna görə saymırlar. Ancaq bu gün hər bir heyətlə oynamaq və güc göstərmək olar. Demək olar ki, boş zona verilmədi". Baş məşqçi hazırda bombardirlər siyahısına başçılıq edən Nelson Bonilyanın gələcək taleyi ilə bağlı danışıb: "Ümumi götürəndə mövsümü başa vururuq. Hər bir futbolçunun bizimlə müqaviləsi var. Bonilya peşəkar futbolçudur. Mövsümün axırında hər bir futbolçu ilə danışacağıq. Özü ilə də danışmışıq. Hələ komandada qalacaq və getmək kimi bir fikri yoxdur.