Premyer Liqanın 31-ci turu çərçivəsində "Zirə" ilə qarşılaşacaq "Neftçi" ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, "ağ-qaralar"ın hücumçusu Ruslan Qurbanov ötən gün "Qarabağ"la matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Məhz buna görə də, Qurbanov aprelin 23-də "Zirə" ilə keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Ruslan Qurbanov dünən onu cəzalandıran hakim Ramil Diniyevin idarəçiliyindən narazı qalıb. O, "facebook"da bunları qeyd edib:
“Çox sağ olun, cənab Diniyev. Siz mənim növbəti oyunu buraxmağım üçün hər şey etdiniz. Amma qərara gəlin, hansı qərar qəbul olundu. Mən simyulyasiya etdim, yoxsa orada ofsayt var idi...çox sağ ol”.