Riçard Almeyda: “Səhv məndə idi”

Premyer Liqasının XXX turunda  "Qarabağ” səfərdə "Neftçi”ni 2-1 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra Ağdam klubunun braziliyalı futbolçusu Riçard Almeyda Newsport.az-ın suallarını cavablandırıb: 

 - "Neftçi”  üzərində  qələbə qazandınız. Bu matç haqqında nə deyə bilərsiniz?
- Biz bilirdik ki, "Qarabağ” və "Neftçi” komandaları arasında baş tutan oyunlar həmişə gərgin keçir.  Belə oyunların heç biri asan olmur. Birinci hissədə qol vurmaq üçün çox tələskənlik edirdik.  Bu səbəbdən də topu özümüzdə çox saxlaya bilmirdik. Amma, ikinci hissədə topla daha yaxşı davranmağa başladıq və istədiyimiz nəticəni əldə edə bildik. 
 - Sarı vərəqə alaraq cəzalı duruma düşdün və "İnter”lə qarşılaşmanı buraxmalı olacaqsan...
- Eyni səbəbdən bu qarşılaşmada Migel Madera forma geyinmirdi. Növbəti görüşdə də mən oynamayacağam. Amma komandada məni əvəzləyə biləcək çox oyunçu var. 
 - Reynaldo qol vurduqda daha çox sevindin. Bunun xüsusi səbəbi varmı?
- Təbii ki, bu Reynaldoya görə idi. Çünki, o, uzun müddət idi ki, zədə səbəbindən yaşıl meydanlardan kənarda qalmışdı. Reynaldo yenidən bizim aramıza qayıdıb. Qısa müddət ərzində əvvəlki formasını bərpa etmək üçün çalışır. Onun qol vurması isə bizi sevindirir. Bu səbəbdən də, o, hər oyunda qol vurduqda bizi bir komanda olaraq sevindirir. 
 - Uzun müddətdir ki, Azərbaycanda top qovursan. Cari mövsümün əvvəlki illərə nisbətən daha asan keçdiyini söyləmək  olarmı?
- Mövsümlərin hansının asan, hansının çətin keçdiyini deyə bilmərəm. Əsas odu ki, bizim komandanın əksər üzvləri uzun illərdi bir yerdə oynayır və meydanda bir-birimizi əla anlayırıq. Yeni gələnlər də aramızda "əriyib”.
  - İş ondadı ki, "Qarabağ”a müqavimət göstərən komanda yoxdu...
- Yox, deməzdim ki, müqavimət göstərmirlər. Bəzi komandalar bizə çətinliklər yaradır, amma bizim komandada ruh yüksəkliyi var. Baş məşqçi bizi həmişə düzgün şəkildə motivasiya edir və heç vaxt məğlubiyyətlə barışmır. Qurbanov bizdən həmişə həm bir insan kimi, həm də bir idmançı kimi ən yaxşısını tələb edir. Bu səbəbdən bizim oyunumuz həmişə yaxşı alınır və uğurlar qazanırıq.  
 - Sarı vərəqə göstərilən zaman hakimə qarşı qeyri-etik hərəkət etdiniz. Bunun səbəbi nə idi?
- Əslində həmin hərəkəti "Neftçi” azarkeşləri önündə etdim. Qol sevincimi bölüşərkən bir qədər çığınlığa yol verdim. Həmin anda "Neftçi”nin qapıçısı Aqil Məmmədovla aramızda bir az gərginlik yarandı. Səhv məndə idi. Sarı vərəqə almağıma baxmayaraq, hakimdən və Məmmədovdan üzr istədim. "Neftçi” azarkeşlərinin qarşısında qol vurduqdan sonra belə hərəkət etmək lazım deyildi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right