"Oyuna yaxşı hazırlaşmışdıq. Bu oyun üçün çox yaxşı hazırlıq keçmişdik. Uşaqların oyunundan razı qaldım. "Qarabağ” çox yaxşı komandadır, onları qələbə münasibətiylə təbrik edirəm. Düünürəm ki, ikinci qol epizodu zamanı oyundankənar vəziyyət var idi. Lakin hakimin hər hansı qərarı barədə danışmaq istəmirəm. ”
Newsport.az-ın məlumatına görə, bu sözlər "Neftçi”nin futbolçusu Aqil Məmmədova məxsusdur.Azərbaycan Premyer Liqasının XXX turunda "Qarabağ”a məğlubiyyətdən (2-1) sonra jurnalistlərə açıqlama verən kapitan komandasının avrokubok şansları barədə danışıb:
"Oyundan sonra rəhbərlik soyunub-geyinmə otağında yaxşı oynadığımıza görə, bizi təbrik etdi. Rəhbərlik bu oyunu unutmağımızı və qarşıdakı oyuna daha yaxşı hazırlaşmağımızı tapşırdı. Avrokuboklara getmək şansımız var. Bunun üçün öz oyunumuzu düşünüb, qarşıdakı oyunlarda qələbələr qazanmalıyıq”.