"Onun bizimlə müqaviləsi var" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə "Neftçi"yə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Qurbanov hər iki komandanın gözəl oyun nümayiş etdirdiyini deyib:

- Məncə, hamı oyundan razı qaldı. Əsl futbol gördük. İlk hissədə hər iki komanda ehtiyatlı oyun nümayiş etdirdi. İkinci hissədə hər iki komanda tempi artırdı. Şükürlər olsun ki, sonda 3 xal bizim oldu. Bu xal bizim üçün vacib idi. Bu gün futbolçular sonadək mübarizə apardılar. Hər birinə təşəkkür edirəm. Tribunalarda gözəl atmosfer var idi. "Neftçi"yə uğurlar arzulayıram.

- Sona 6 tur qalıb. Xal fərqi çoxdu. Növbəti oyunlarda əvəzedici heyətə şans verə bilərsiz? 
- Belə bir fikrim yoxdu. Ancaq hansısa oyunçunun istirahətə ehtiyacı olsa, dəyişiklik ola bilər.

- Şehiç açıqlamasında başqa klubdan sərfəli təklif olsa, qəbul edəcəyini deyib...
- Bu barədə xəbərim yoxdu. Onun bizimlə müqaviləsi var. Ancaq onun fikrinə normal baxıram. Yeni futbolçu axtarışındayıq. Hər mövqeyə oyunçu transfer etmək istəyirik.

- "Qarabağ" bu oyunda qol fürsətlərini sağa-sola xərcləyirdilər. Bunun səbəbini nədə görürsüz?
- Futbolçular bir qədər tələsirdilər. Əsasən də, Muaremin epizodunda. O, həmin epizodun təsirində qaldı və topu qapıya göndərmək yadından çıxdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right