Azərbaycan Premyer Liqasının 30-cu turunda evdə "Qarabağ"a 1:2 hesabıyla məğlub olan "Neftçi"nin baş məşqçisi Vəli Qasımov oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, Qasımov bunları deyib:
- Futbolçular qələbə üçün hər şeyi etdilər. Ancaq rəqib bu saat Azərbaycanda ən güclü klubdu. Onları təbrik edirəm. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram.
- Aylton kluba ilk gəldiyi vaxtlarda müdafiədə oynayırdı. Ancaq son vaxtlar yarımmüdafiədə oynayır. Bu gün qol da vurdu. Bəlkə ona hücumda da şans verəsiz...
- Ayltonun potensialı ona irəli xətdə oynamağa imkan verir.
- Araz Abdullayevin oynamamasına səbəb nə idi?
- Arazla bağlı problem yoxdu. Gələn oyunlarda oynaya bilər.
- Buraxılan qollarda Aqil Məmmədovun səhvi nə dərəcədə var idi?
- Aqil Vaylodan daha təcrübəli olduğu üçün ona şans verdim. Məncə buraxılan qollarda Aqilin səhvi yox idi.
- Komanda Premyer Liqada 7-ci pillədədi...
- Sonadək vuruşacağıq ki, 7-ci pillədən çıxaq. Həm kubok, həm də çempionat bizim üçün əsasdı.