Ötən gün "Rəvan"a qalib gələn "Qəbələ" ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"da Elvin Camalovla Vojislav Stankoviç dünənki matçda sarı vərəqə alaraq cəzalı duruma düşüblər.
Sözügedən futbolçular Premyer Liqanın 31-ci turunun "Xəzər Lənkəran"la matçını buraxmaq məcburiyyətində qalacaqlar.