"Sumqayıt"da AZAL-la matç öncəsi iki itki

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşacağı AZAL-la oyuna hazırlığı davam etdirir.

Newsport.az-ın məlumatına görə, sumqayıtlılar bu görüş ciddi itkilərlə çıxacaqlar.

Belə ki, "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov zədə səbəbindən növbəti oyunda komandasına kömək edə bilməyəcək. O, son məşqləri də buraxmalı olub.

Digər zədəli futbolçu Ağabala Ramazanovun da "təyyarəçilər"lə görüşdə meydana çıxması inandırıcı görünmür.Düzdür, o, məşqlərə başlayıb. Amma hələ formasını tam bərpa etmədiyindən, məşqçilərin bu hücumçuya şans verməsi inandırıcı görünmür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right