"Kəpəz" Gəncədə məşq etdi

Azərbaycan Premyer Liqasının 30-cu turunda doğma meydanda Bakı "İnter"ini qəbul edəcək "Kəpəz" bu gün son məşqini keçirib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, səhər stadionundakı məşq prosesi azarkeşlər və mətbuat üçün açıq olub. Təxminən 50 dəqiqə sürən hazırlıq yüngül xarakter daşıyıb. Futbolçular əsasən toplu çalışmalar üzərində işləyiblər.

“İnter” ilə oyuna Gəncə təmsilçisi itkilərlə çıxacaq. Belə ki, uzun müddətdir ki, zədəli olan Dario Frederikonun sırasına Namiq Ələsgərov da qoşulub. Gənc futbolçu “Qarabağ”a qarşı görüşdə zədələndiyindən çempionatda iki qarşılaşmada komandasına kömək edə bilməyəcək. Cəza dövrünü başa vuran Junior Martins isə baş məşqçinin şans verəcəyi təqdirdə meydanda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right