Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən "Qəbələ" - "Rəvan" oyunundan sonra ev sahiblərinin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.
Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssis oyunla bağlı bunları deyib:
- Qələbə? Bu sözü bir neçə oyundan sonra eşitmək çox xoşdur.Əsas odu ki, qalib gəldik. Bu qələbə bizə çox lazım idi.Uzun müddət idi ki,qalib gələ bilmirdik.Düşünürəm ki,bu qələbə bizim futbolşuların əhval ruhiyyəsinə çox təsir edəcək.Çünki heç xatırlamıram sonuncu dəfə qələbə münasibəti ilə bizi nə vaxt təbrik etmişdilər. Qolların nə vaxt gəlməsinin heç bir fərqi yoxdu. Komanda üzərində təzyiq var idi. Ancaq indi bu yükü üzərimizdən ata bildik.Düşünürəm ki,bu qələbə bizə çox kömək edəcək.
- Meydandan nəyə görə kənarlaşdırıldız?
- Hakimlik barəsində danışmaq istəmirəm.Çünki məni haimlər barədə çox danışan kimi tanıyırlar.Adətən kənarlaşdırılmaq hakimi təhqir etdikdə və ya sərt reaksiya verdikdə olur.Mənim tərfimdən belə bir hal olmayıb.Mən hakimdən kənarlaşdırlmamın səbəbini soruşanda o,dedi ki, məşqçi zonasını tərk etdiyimə görə.Mən bunu qəbul edirəm və cəzamı çəkməyə hazıram.
- Sergey Zenyov bir neçə epizodda qol fürsətlərini boşa verdi və bundan sonra azarkeşlər onun əvəzlənməsini tələb etdi. İkinci hissədə Zenyovu əvəzləməniz bununla bağlı idi?
-Əyər bilsəydim ki, azarkeşlər Sergeyin əvzlənməsini tələb edirlər, heç vaxt bunu etməzdim.Mən onu dəyişdim çünki bu mənim qərarım idi.Zenyov bundan artığına qadirdi.Ona güvənirəm və çox istəyirəm.Komanda 5 oyundu qələbə üzünə həsrətdi. Təsəvvür edirsiz, futbolçular hansı təzyiq altındadı? Azarkeşlər məhz bu cür vəziytyətdə futbolçulara sahib çıxmalı, dəstəkləməlidilər.Biz futbolu onlar üçün oynayırıq.
- Komandanızda zədəlilərinizin sayı artır. Ruslan Abışov da sıradan çıxdı. Üstəlik autsayderlə oyunda yalnız son dəqiqələrdə fərqləndiniz. Müdafiə xəttinin mərkəzində problemlər yaşamayacaqsız?
- Mərkəz müdafiəçi qıtlığı yoxdur.Bunu problem kimi görmürəm.Rafanın zədəis ciddi deyil o,növbəti oyunda bizə kömək edə biləcək.Üstəlik, Ruslanın da zədəsinin nə dərəcədə ciddi olması barədə məlumatımız yoxdu.Bəlkə də yüngül zədədi.Arzu edirəm ki,ciddi bir zədə olmasın.
- Qol epizodlarının reallaşması ilə bağlı əziyyət çəkirsiz,bu nə ilə bağlıdır?
- Bəli son oyunlarda oyunun çox hissəsini hücümda keçirsəkdə yaranan qol epizodlarını reallaşdırmaqda çatışmamazlıqlar var.Bunun üzərində işləyirik.Az əvvəl qeyd etdiyim kimi qolun neçənci dəqiqədə vurulmasının əhəmiyyəti yoxdu. Əvvəlki oyunlarda qol epizodlarından yararlanmamaq futbolçulara pis təsir edirdi.Bu da futbolşuların inkişafına mənfi təsir edir.Bu gün isə 2 qola sevindik.