“Qarabağ”ın futbolçusu Almaniyaya gedəcək

"Qarabağ”ın və Azərbaycan milli komandasının aparıcı  futbolçusu Rahid Əmirquliyevin zədə səbəbindən mövsümü bitirməsindən xəbərdarsınız.

Newsport.az saytının məlumatına görə, bir müddət öncə Almaniyada əməliyyat olunan milli üzvümüz yenidən sözügedən ölkəyə  yollanacaq. 
 
Belə ki, hazırda Bakıda olan Əmirquliyev təkrar tibbi müayinə üçün Berlinə uçacaq. Məhz Almaniyadakı tibbi baxışdan sonra Rahidin zədəsinin hansı istiqamətdə irəlilədiyi bəlli olacaq. Səfərin aprelin 25-də baş tutacağı gözlənilir. 
 
Qeyd edək ki, sağ  ayağında zədə aşkarlanan  milli üzvümüz mövsümü erkən başa vurub. O, Ağdam klubunun düşərgəsinə yay toplanışı çərçivəsində qoşula biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right