Çingiz Abdullayev: "Neftçi" öz rəhbərliyinə görə uduzur"

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev komandanın qeyri-sabit çıxışının səbəbini açıqlayıb. 
Newsport.az-ın məlumatına görə, xalq yazıçısı özünün yaradıcılıq gecəsində çıxışı zamanı zarafatından qalmayıb.

O bildirib ki, səbəb klub rəhbərliyinin komandadakı legionerlər üzündən xarici dillərdə sərbəst danışmasıdır: 

"Neftçi"də legioner futbolçular var. Demək olar ki, bütün rəhbərlik ingilis, portuqal, ispan dillərində sərbəst danışırlar. Bəlkə də buna görə uduzuruq".

Qeyd edək ki, hazırda "Neftçi" Azərbaycan Premyer Liqasında 29 oyundan 38 xalla 7-ci pillədə yer alıb. Ölkə kubokunda isə flaqman yarımfinalda "Qəbələ" ilə üz-üzə gələcək.

Sportnet.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right