Ötən gün "Qarabağ" klubunun bazasında AFFA əməkdaşları və "Qarabağ" komandasının məşqçiləri arasında yoldaşlıq oyunu keçirilib.
Newsport.az-ın məlumatına görə, oyundan öncə AFFA-nın baş katibi Elxan Məmmədov Qurban Qurbanovu ad günü münasibəti ilə təbrik edib, ona 44 nömrəli köynək hədiyyə edib.