21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri Sloveniyada təlim-məşq toplanışı keçirəcək.
Mayın 25-də başlayacaq hazırlıq prosesi iyunun 5-dək davam edəcək. Yığmamızın toplanış çərçivəsində 3 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Lakin komandamızın rəqiblərinin adları dəqiqləşməyib.