Newsport.az-ın məlumatına görə, layihə çərçivəsində növbəti tədbir keçirilib.
Layihənin qonaqları "ASAN Xidmət”in könüllülərindən ibarət qrup olub. Qonaqlara ilk olaraq "Bakcell Arena” haqqında məlumat verilib. Daha sonra tur iştirakçıları stadionun media mərkəzində yaradılmış şəraitlə tanış olublar. Burada könüllülərə "Neftçi”nin forma və şərfləri hədiyyə olunub. Komandanın paltardəyişmə otağı qonaqlar tərəfindən maraqla qarşılanıb. Mərkəzi "Skybox”ları gəzən könüllülərə stadionun "VIP lounge” bölməsi göstərilib. Tədbirin sonunda qonaqlarla xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, "Stadium Tour” layihəsində iştirak etmək istəyən azarkeşlər bununla bağlı istəklərini [email protected] ünvanına göndərə bilərlər. Müraciətdə ad, soyad və mobil nömrənizin qeyd olunması vacibdir.