Çertaqanov AZAL-a qarşı oynaya biləcəkmi?

Azərbaycan Premyer Liqasının XXIX turunda "Qəbələ” ilə bərabərlik əldə edən "Sumqayıt”da 1 günlük istirahət başa çatıb. 
 

Newsport.az saytının məlumatına görə, "gənclik şəhəri” təmsilçisi bu gün bir araya gəlib. Premyer Liqanın növbəti turunda AZAL-la qarşılaşcaq Samir Abasovun komandası doğma meydanında toplaşıb.
 
Komandanın düşərgəsində zədəli və cəzalı futbolçunun olmaması məşqçilər korpusunu sevindirən məqamlardan biridir. Bir müddətdir ki, zədəli olan Aleksandr Çertaqanov da məqşlərini bərpa edib. Futbolçunun AZAL-la qarşılaşmada meydanda olacağı istisna edilmir. 
 
Qeyd edək ki, AZAL – "Sumqayıt” oyunu aprelin 17-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right