Premyer Liqasının 30-cu turunda Gəncədə Bakı “İnter”ini qəbul edəcək “Kəpəz” dünəndən qarşıdakı oyunun hazırlığına başlayıb.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Bakıda məşq edir.
“Sarı-göylər” aprelin 15-də Gəncəyə gedəcəkk. Komanda həmin gün matçın keçiriləcəyi şəhər stadionunda oyun öncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, “Kəpəz” – “İnter” görüşü aprelin 16-da saat 13:30-da başlayacaq. Oyun "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.