Avrokuboklardan kənarlaşdırılan Bakının "İnter” klubunun İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az saytının əldə etdiyi məlumata görə, artıq Bakı klubu dünən quruma rəsmən olaraq müraciət edib.
Qeyd edək ki, martın 30-da UEFA İstintaq Palatasının qəbul etdiyi 2015-ci il 10 dekabr tarixli qərarı qüvvədə saxlayaraq, "bankirlər”i növbəti üçün avrokubok mövsümündən (2016/17,2017/18, 2018/19) birində iştirak etmək hüququndan məhrum edib.