Təbriz Həsənovun mətbuat konfransı keçiriləcək

Aprelin 13-də, saat 13:30-da, Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənovun mətbuat konfransı keçiriləcək.

Newsport.az saytının məlumatına görə, konfransda iştirak edəcək KİV nümayəndələrini Milli Komandaların Məşq Mərkəzinə aparacaq avtomobil saat 12:30-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.

Tədbirə AFFA-nın təşkil edəcəyi nəqliyyat vasitəsi ilə gedəcək mətbuat nümayəndələrinin dəqiq sayını müəyyən etmək məqsədilə aprelin 12-də saat 10:00-dan 15:00-dək Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə əlaqə saxlanması xahiş olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right