“Qəbələ” "Rəvan” üçün başlayır

Azərbaycan Premyer Liqasının XXIX turunda "Sumqayıt”la bərabərlik əldə edən (1-1) "Qəbələ” hazırlıqlarını bərpa etmək üzrədir. 
 

Newsport.az-ın klubdan əldə etdiyi məlumata görə, Roman Qriqorçukun komandası oyundan 1 gün sonra bərpa məşqini keçib. Bu gün istirahətə buraxılan "qırmızı qaralar” sabahdan etibarən məşqlərini bərpa edəcək. 
 
Doğma şəhərdə hazırlıqlarını bərpa edəcək komandanın düşərgəsində itki olmaması məqşçilər korpusunu sevindirən məqamlardan biridir. Yeganə itki Dododu ki, kapitanın sabahdan komanda ilə məşqlərə başlayacağı gözlənilir. Onun Azərbaycan Premyer Liqasının növbəti turunda oynayıb-oynamayacağı bəlli deyil.
 
Qeyd edək ki, "Qəbələ” Premyer Liqanın XXX turunda doğma meydanında "Rəvan”ı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right