Balaca futbolçunun Allahına səcdə etməsi qəbahətdirmi?

Ölkəmizdə uşaq futbol məktəbi dedikdə ilk ağıla gələn "Əlincə" olur.

Hansı ki, carı mövsümdə bu klubun yetirmələrinin müxtəlif yaş qruplarındakı komandalarının bir neçəsi iştirak etdikləri turnirlərdə liderlik mövqeyində qərarlaşıblar. Bu məsələnin digər tərəfi. Klubun müxtəlif yaş qruplarında tanınmış simaların uşaqları da top qovur.

İstər Arif Əsədov, istər Xaliq Mərdənov, istərsə də Qara Qarayevin qardaşı "Əlincə" futbol məktəbinin sirrlərindən bəhrələnirlər. Yəni "Əlincə" bəzi adını peşəkar qoymuş klubların yolu ilə getmir. "Əlincə" Qara Qarayev ("İnter"), Turan Vəlizadə ("Fənərbağça"), Ricat Qarayev ("Sumqayıt"ın əvəzediciləri), Əli Əliyev ("Xəzər Lənkəran" əvəzedicisi) və bu kimi futbolçular yetişdirib.

Təkcə U-16 millimizə ən çox futbolçu verən "Əlincə"di. Klub ölkədə uşaq futbolunun inkişafında əvəzsiz rola malikdi. Bunun məntiqi nəticəsi kimi "Əincə"nin Şabran və Antalyada təlim-məşq toplantısı var. "Əlincə" futbol məktəbində kimsə futbolçuya siqaret, qəlyan çəkməyi öyrətmir. Onlar bu cür pis vərdişləri futbolçulardan uzaq tutmaq üçün dini vasitə kimi sözün yaxşı mənasında istifadə edirlər. Hansı ki, müsəlman ölkəsində bu normal bir şeydi. Gözəl bilirsiniz ki, din futbolçunun yuxarıda sadaladığım və sadalamadığım bu kimi digər xoş olmayan vərdişlərdən uzaqlaşmasında əsas vasitədi.Təhsilə gəlincə isə mənim övladım da "Əlincə"nin U-8 komandasında məşq edir,onların təhsilə necə önəm verdiyin isə mən yaxşı bilirəm və digər valideynlər də bunu təsdiq edə bilər.

Biz Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütünü və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir düşüncə, hiss və hərəkət sistemidir. Təki biz gələcəyin futbolçularına dini təbliğ edərək nələrsə öyrədək. Futbol məktəbində məşqə çıxmamışdan öncə və ya çıxdıqdan sonra futbolçularla fərdi və ya ümumi halda din təbliğ edilirsə, onun gözəlliklərindən danışılırsa, sülhdən, dostluqdan, cinayətdən, onlara bulaşacaq çirkinliklərdən uzaq qalmaqdan danışılırsa bunun nəyi pisdir ki?

Kamil





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right