"Anam Azərbaycan üçün narahatlıq hissi keçirir"- Bonilla

Azərbaycan Premyer Liqasının XXIX turu "Zirə” üçün uğurlu alınıb. Adil Şükürovun komandası səfərdə "Rəvan” üzərində 4-0 hesablı qələbə qazanıb. Sözügedən matçda 3 qolla yadda qalan "Zirə”nin salvadorlu hücumçusu Nelson Bonilla qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- İlk olaraq oyun haqqında fikirlərinizi bilmək istəyərdik...
- Oyunöncəsi bizə çətin gəlirdi.Çünki "Rəvan” aşağı pillədədi və aşağı liqaya düşməmək üçün mübarizə aparırlar. Amma biz oyunda əldə etdiyimiz üstünlüyü sona qədər saxlamağı bacardıq.
 
- Bombardirlər sırasında artıq 13-cü qolunu vurdun. Azərbaycan çempionatında özünə rəqib görürsənmi?
- Bundan əvvəllər səylə çalışırdım, indi isə bunun nəticəsini görürəm.Amma mənim üçün bundan da önəmli şeylər  var. Məsələn, komandamın çempionatı mümkün qədər yüksək pillələrdə başa vurması kimi. 
 
- 29 tura 13 qolun az olduğunu düşünmürsən?
- Vurğuladığım kimi, bizim məqsədimiz çempionatı mümkün qədər yuxarı pillələrdə başa vurmaqdı. Mövsümün əvvəlində Azərbaycana gələndə, məqsədim, komandaya bacardığım qədər kömək etmək idi. Əgər bunu edə bilmişəmsə çox sevinirəm. 
 
- Yayda müqavilən başa çatır. Nə düşünürsən?
- Bu barədə hər hansı fikir bildirə bilmərəm. Bu işlə menecerim məşğul olur. Yayda klub rəhbərliyi ilə danışığımız baş tutacaq. Hal hazırda sırf oynamağa köklənmişəm. 
 
- Azərbaycan çempionatlnda ilk het-triklə yadda qaldın. Karyeran ərzində 1 oyunda 3 qol vurmusanmı?
- Öz ölkəmdə 1 dəfə het-trikə imza atmışam. Amma legioner həyatı yaşadığım ölkələrdə ilk dəfədi ki, 1 oyuna 3 qol vururam. 
 
- Oyundan sonra topu özünlə götürdün. Bu nə ilə bağlı idi?
- Bu mənim üçün xatirədən daha çox şey olacaq. Bu, bir növ adətdir ki, 3 qol vurduqdan sonra topu özünlə aparırsan. Gələcəkdə qocalanda və futbolçu karyeramı bitirəndə,  nəvələrimə göstərəcəm ki, Azərbaycanda olduğum müddətdə "het trik”ə imza atmışdım. 
 
- İkinci hissədə "Rəvan”ın müdafiəçisi ilə mübahisə etdin. Bunun səbəbi?
- Bu mənim xarakterimdən irəli gəlir. Futbol yox, digər işlə məşğul olsaydım belə olmazdı. Futbol mənim işimdi. 17 yaşımda Salvadorda I divizionda debüt etmişəm, orda da eyni xarakter nümayiş etdirirdim.  Özümdən asılı olan bir şey deyil. 
 
- Mətbuatda yayılan xəbərlərə görə "Qarabağ” səninlə ciddi şəkildə maraqlanır. Bu xəbərlərə münasibətin necədir?
- Düşünürəm ki, bu mənim səylə çalışmağımın nəticəsidir. Hal hazırda üzərində çalışdığım işin bəhrəsini görürəm. Bu işdə məşqçilərimin və komanda yoldaşlarımın mənə böyük köməyi dəyib. Hal hazırda bu səviyyədə olduğum üçün onlara təşəkkürümü bildirirəm. Transfer məsələsinə qaldıqda mövsümün başa çatmasına bir müddət var. Ondan sonra mən istirahətə yollanacam. Transferlə və ya müqaviləmlə bağlı məsələləri menecerim həll edəcək.
 
- Qarabağda baş verən son hadisələrlə bağlı məlumatın var?
- Təbii ki, xəbərim var. Azərbaycanda yaşayaraq bundan xəbərdar olmamaq mümkün deyil. İlk öncə mənim ailəm, xüsusən də, anam Azərbaycan üçün narahatlıq hissi keçirir. Ümidvaram ki, yaxın gələcəkdə bu məsələ Azərbaycanın xeyrinə başa çatar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right