"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı" - Ruslan Qurbanov

Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub. Turnir cədvəlinin son 4 pilləsində qərarlaşan “Xəzər Lənkəran”la “Neftçi” “Böyük oyun”da qüvvələrini sınayıb. 17 turdu qələbə qazanmayan meydan sahibləri uğursuz seriyanı bu dəfə də qıra bilməyib. Matça meydan sahibləri aktiv başlasalar da, Ruslan Qurbanovun 40-cı dəqiqədəki qolu ilk hissəni "Neftçi"nin xeyrinə bitməsinə səbəb olub. İkinci yarıda isə tərəflər bir neçə dəfə cəhd etsələr də, oyundan başqa qol çıxmayıb.

Bakılıların hücumçusu Ruslan Qurbanov qarşılaşmanın ardından Newsport.az-ın suallarını cavablandırıb.

- Əvvəlcə Qarabağ müharibəsində şəhid olanların ailələrinə başsağlığı verirəm. İnşallah, Allah onlara səbr verər! Oyuna gəlincə isə, 90 dəqiqə maraqlı keçdi. Yaratdığımız qol vəziyyətlərinin birini də olsa, qiymətləndirdik. Şadam ki, qələbə topunu mən vurdum.

- Elə ilk htssədəcə dubl da edə bilərdin.

- Başqa epizodlar da düşdü, fərqi artıra bilərdim. Əsas odu ki, qalib gəldik. Bu 3 xal bizə çox lazım idi.

- Deməli, öz oyunundan razı qaldın?

- Hə, yaxşı oynadıq. Nəticə qazanmaq üçün mübarizə apardıq. Belə oyunlarda 3 xal önəmlidi. İndi əsas məsələ turnir cədvəlində irəliləməkdi.

Bu isə çox çətindi. Razısan?

- Turnir cədvəlində AZAL-a lap yaxınlaşdıq, artıq fərq 1-ə enib. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı.

- "Qarabağ"la növbəti matçda bu uğurlu nəticəni təkrarlayacağınıza ümid edirsən?

- Növbəti oyunda "Qarabağ"la qarşılaşacağıq. Ciddi hazırlaşacağıq. "Qarabağ" hazırda əla formadadı. Görürük ki, son turlarda 3-dən az qol vurmurlar. Bəzən dörd, beş qol da vururlar. Ona görə də "Qarabağ"a qarşı var gücümüzü qoymalıyıq.

Həsənov Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right