Bəhmən Həsənov: “Onlarla toqquşanda oyunçularımız stadiondan yox, Bayıldan çıxır”

Azərbaycan Premyer Liqasının XXIX turunda "Zirə” səfərdə "Rəvan”ı 4-0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə,oyunsonrası mətbuat konfransında "Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov  qarşılaşma haqqında fikirlərini bildirib: 
 
"Çox pis oynadıq. "Zirə”ni qələbə münasibətilə təbrik edirəm. "Zirə”nin qələbə qazanmasında futbolçularımızın çox böyük payı var. Bir dəfə də "Zirə” ilə oynasaq Bonillanı Azərbaycan çempionatının bombardiri edəcəyik. Bu gün "Zirə”yə 3 ötürmə verdik ki, qapımıza qol vursunlar. Etdiyim əvəzetmələr heç vaxt özünü doğrultmur. Çünki ən yaxşı futbolçularımız meydanda olur. Fərdi ustalığımız çox aşağıdı. "Zirə”nin futbolçuları bizim futbolçularla toqquşanda oyunçularımız stadiondan yox, Bayıldan çıxır. Bundan sonra itirəcəyimiz heç nə yoxdu. Oyunlara hansı hesabla məğlub olmaq üçün yox, qələbə qazanmaq üçün çıxacağıq.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right