“Rəvan”ı yaxşı dəyərləndirmişdik” – Adil Şükürov

Azərbaycan Premyer Liqasının XXIX turunda "Zirə” səfərdə "Rəvan”ı 4-0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə,oyunsonrası mətbuat konfransında "Zirə”nin baş məşqçisi Adil Şükürov qarşılaşma haqqında fikirlərini bildirib: 
 
"İlk növbədə şəhid ailələrinə başsağlığı verirəm. "Rəvan”a qarşı əvvəlki oyunlarımız çətin olmuşdu. Bu oyunda isə "Rəvan”ı daha yaxşı dəyərləndirmişdik. Qarşıdakı oyunlarımıza hazırlaşmalıyıq. ”
 
Komandadakı zədəlilər barədə danışan Şükürov bunları deyib: "Vüqarın tempraturu var idi. HaI hazırda müalicə alır. Digər zədəlilərimiz Krnetanı dördbaşlı əzələsində zədə var. Mbahda isə beyin hissəsində biraz problem var. Qarşıdakı oyunlarda onların xidmətindən yararlanmaq imkanımız olacaq.”
 
Mütəxssis komandanın qarşıdakı çətin oyunlarından söz açıb: "Futbolçular daim əsas heyətdə oynamaq istəyir. Biz bütüb oyunlara maksimum şəkildə hazırlaşırıq. İnşallah qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq. Komanda daxilində psixoloji durum yaxşıdır.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right