“Qarabağ” hansı stadionu seçdi?

"Qarabağ”ın ev oyunlarını keçirdiyi stadion may ayından etibarən Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının Yerli Təşkilat Komitəsinin ixtiyarına veriləcək. "Azersun Arena” mayın 5-dən etibarən Avropanın nəhəng ölkələrinin yeniyetmə futbolçularına qucaq açacaq. Belə ki, adıçəkilən arenada ancaq qrup oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görəbu üzdən "Qarabağ” mövsümün son ev qarşılaşmaları üçün başqa arenaya üz tutmalı olacaq. Artıq Ağdam klubunun qonaqları harda qəbul edəcəyinə aydınlıq gəlib.  Qurban Qurbanovun komandası rəqiblərini Zirə Olimpiya Kompleksinin stadionunda qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right