Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirinə start verilib.
Newsport.az-ın məlumatına görə, yarışın ilk günündə qadınlardan ibarət milli komandamızın iki üzvü rinqə çıxıb.
51 kq çəki dərəcəsində mübarizə aparan Anaxanım Ağayeva moldovalı Yuliya Koroliyə uduzaraq, yarışla vidalaşıb.
Yana Alekseyevna (60 kq) isə Böyük Britaniya təmsilçisi Kantel Kameron üzərində qələbə qazanıb. Boksçumuz 1/8 finalda türkiyəli Gülsüm Tatarla üz-üzə gələcək.