"AZAL-da heç bir problemim yoxdu, qalıb-qalmayacağım gələcəyin işidi"

AZAL-ın meksikalı yarımmüdafiəçisi Adan Koronadonun Newsport.az-a müsahibəsi  

- Azərbaycan Premyer Liqasının XXIX turunda "İnter"ə 0:1 hesabı ilə məğlub oldunuz. Qələbə seriyasının davamını gətirməyə nə mane oldu?

- Oyun çətin keçdi. Bu gün bəxtimiz gətirmədi. Bir səhv buraxdıq ki, rəqib də bundan maksimum istifadə etdi. Çox danışmağın mənası yoxdu. Növbəti oyunu öz meydanımızda keçirəcəyik. Həmin qarşılaşma haqda düşünsək, daha yaxşı olar.  

- Birinci hissədə pis oynamadınız. Fasilədən sonra sanki müdafiəyə daha çox diqqət yetirdiniz. Bu nə dərəcədə düzgün addım idi?

- Bu, taktiki gediş idi. Sırf müdafiəyə çəkilməmişdik. Rəqibin səhvə yol verəcəyi məqamı gözləyirdik. Çalışdıq ki, səfər oyunundan xalla dönək. Amma ikinci hissədəki səhvimiz nəticəni müəyyənləşdirdi.  

- AZAL indiki məqamda avrokuboklara vəsiqə qazana bilər. Bunun üçün xal itkilərini minimuma endirməlisiniz. Necə düşünürsünüz, finişdə komandanız bunu bacaranlar sırasında ola biləcəkmi?

- Şansımız var. Biz də avrokuboklara vəsiqə qazanmaq haqda düşünürük. Bunun üçün qarşıdakı oyunlarda qələbələrimizin sayı çox olmalıdı. Bilirəm ki, çətin olacaq, amma reallaşdırmaq mümkündü. Ən azı hazırkı mövqeyimizi qorumalıyıq.

  - Komandaya qış fasiləsində qoşuldunuz. Özünüzü necə hiss edirsiniz? Adaptasiya ola bilmisinizmi?

- Əlbəttə, xeyli vaxtdı komandadayam və uyğunlaşdığımı deyə bilərəm. Artıq baş məşqçi mənə oynamaq üçün daha çox şans verir. Mən də onun etimadını doğrultmalı və verilən şansdan özümü isbatlamaq üçün istifadə etməliyəm.

  - Mövsüm bitdikdən sonra AZAL-da qalacaqsınızmı?

- Burda özümü xoşbəxt hiss edirəm. Heç bir problemim yoxdu. Qalıb-qalmayacağım gələcəyin işidi. İndi diqqətimizi çempionata yönəltmişik.  

- Premyer Liqa klubları haqda nə düşünrsünüz?

- Oyunlar gərgin keçir. Heç bir komanda rəqibi üzərində asanlıqla qələbə qazana bilmir. Buna baxmayaraq, gücünə görə fərqləndirmək istədiyim bir neçə klub var. Onlardan “Qəbələ”, “Qarabağ”, “Neftçi” və “İnter”in adını çəkə bilərəm. Heç bir komanda rəqibinə güzəştə getmir. Bu da çempionatın maraqlı keçməsinə gətirib çıxarır. Həm də əksər komandalar heyətlərində gənclərə şans verirlər. Həmin gənclər oyundan oyuna "artırlar".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right