Tərlan Əhmədov: “Klubun vəziyyəti ilə bağlı irəliləyiş olacağına inanırıq”

Azərbaycan Premyer Liqasının XXIX turunda AZAL səfərdə "İnter”ə 1-0 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqqında danışıb:
 "Özüm də, oyundan əvvəl hücum xəttində problemlə üzləşəcəyimizi hiss edirdim. Murad Səttarlının səhhətində problem yaranması bizim üçün gözlənilməz oldu.  "İnter”in nizam-intizamlı müdafiəsinin olduğunu və onların aqressiv oynadığını bilirdim. Çalışdıq ki, onların səhvindən istifadə edib qol vuraq. Futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyi bacardı. Oyundan 1 xalla ayrılsaydıq daha yaxşı olardı. "İnter”i məğlub edə bilmirik. Hər bir komandanın sevmədiyi bir rəqib var. Bizdə də "İnter”lə alınmır. ”

Əhmədov klubun fəxri prezidenti Cahangir Əsgərovla görüşündən də danışıb: "O, görüş deyildi. Sadəcə, ağır atletika ilə bağlı gəlmişdi və bazalar yaxın olduğundan bizimlə də görüşdü. Ətraflı məlumat verildi. Yaxşı olacağına inanıram. Klub prezidenti Zaur müəllimdir və yaxın vaxtlarda klubun vəziyyəti ilə bağlı irəliləyiş olacağına inanırıq.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right