Azərbayan Premyer Liqasının XXIX turunda "Sumqayıt” – "Qəbələ” oyunu 1-1 hesablı bərabərliklə başa çatıb.
Newsport.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında "Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk qarşılaşma haqqında danışıb:
- Xal itkisinin əsas səbəbini nədə görürsünüz?
- Bu gün komandamız qələbəyə yaxın idi. Bütün oyunçularımızın üzündə göz yaşı var. Futbol həyatımda belə hakimlik görməmişəm.
- Hakimlik haqqında nəsə şikayət etmək fikriniz var?
- İlk növbədə bu sualları özümə verirəm. Özüm başa düşməyə çalışıram. Anlaşılmayan vəziyyətdir. Belə vəziyyət yaranmasını heç cür başa düşə bilmirik. Hakim səhvləri ancaq bizə qarşı olur. Çox məyusuq.
- Əvəzedici komandadan Ehtiram Şahverdiyevi əsas komandaya cəlb etmisiniz. Onu növbəti turlarda meydanda görəcəyik?
- Əvəzedici heyətdən belə futbolçuları əsas komandaya cəlb etmişik. Ehtiram bizim əsas komandamızda bir neçə məşqdə iştirak edir. Yüksək səviyyədə çalışır. Bu gün onu oyuna burax bilərdim.
- Bildiyimizə görə Ruslan Abışovla aranızda problem yaranıb. Bunun səbəbi nədir?
- Mən onu dəyə bilərəm ki, Ruslanla aramda heçbir problem yoxdur. Sadəcə, bu gün tam formada olan futbolçuları meydanda buraxdım.
- Pavel Paşayevin oynamamasına səbəb nədir?
- Oyunun gedişində Paşayevi meydana buraxmağı lazım bilmədim. Pavel istənilən vaxtda meydana daxil ola bilər. Onun hər an oynamaq ehtimalı var.