Samir Abasov: "Sumqayıtlı balası olaraq Azad kişidən üzr istəyəcəm"

Azərbaycan Premyer Liqasının XXIX turunda baş tutan "Sumqayıt" - "Qəbələ" oyunu 1-1 hesablı bərabərliklə başa çatıb. Oyunsonrası mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov qarşılaşmanı belə şərh edib: 
 
"Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhidlərimizin ailələrinə səbr versin. Oyuna gəlincə, istənilən oyunu oynaya bilmədik. Hava şəraiti çox pis idi. Heç-heçə oyunun ədalətli nəticəsi idi. İtirəcəyimiz biş şey yoxdur. Qarşıdakı oyunlarımıza baxmalıyıq.”
 
- Bu həftə 3 futbolçu ilə yollarınızı ayırdız. Qarşıdakı günlərdə belə hallar olacaqmı?
 -Rəhbərlik nə qədər mənə inanaaqsa, komandaya gücümü qoyub, yaxşı komanda qurmağa çalışacam. Yayda böyük dəyişikliklər olacaq. 
 
- Ağabala Ramazanov oyunun gedişində azarkeşi sərt şəkildə söydü. Onun cəzası nə olacaq?
- Ağabala böyük səhv edib. Mütləq cəzalanacaq. Ramazanovun  təhqir etdiyi azarkeş bizim ən sadiq azarkeşlərimizdən biridir. Sumqayıtlı balası olaraq Azad kişidən üzr istəyəcəm.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right