Françesko Toldo: “Bunu eşidəndə çoxlarında qorxu yaranır”

Bu gün 17 yaşlı futbolçular arasında Avropa çempionatının Azərbaycanda keçiriləcək final mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görəBakı Olimpiya Stadionunda baş tutan tədbirdən sonra İtaliya milli komandasının sabiq qapıçısı Françesko Toldo jurnalistlərin suallarını cavablandırıb: 

 
- "Avropa çempionatının səviyyəsi çox artıb. Çünki bütün yığma komandalar həddindən artıq gücləniblər. Bütün yığmalar məhz bu finaldan ötrü yaxşı hazırlaşıblar. Ola bilsin ki, bunlar beynəlxalq səviyyədə tanınacaq balaca çempionatlardı. Bu çempionatlarda əsas məqsəd o olmalıdır ki, komandalar birləşərək, yarışı yüksək səviyyədə başa çatdırsınlar. Əlbəttə ki, başlarını ağrıtmamaq şərtilə. Finala bu səviyyədə hazırlıq təşkil etdiyi üçün Azərbaycana təşəkkür edirəm.”
 
- Hansı komandaları favorit qisamində görürsünüz?
- Portuqaliya çox güclüdür, həmçinin Almaniya da. Lakin mən İtaliyaya olan ümidlərimi itirmirəm. İtaliya yığmasının güclü məşqçisi var. Nə etmək lazım olduğunu o, yaxşı bilir.
 
- İtaliya millisi çətin qrupdan çıxa biləcəkmi?
- Düzdü, qrupda çətin rəqiblər var. Lakin İtaliyanın adını eşidəndə çoxlarında qorxu yaranır. Gənc futbolçularla bağlı İtaliya Futbol Federasiyası çox mühüm işlər görüb. Məhz buna görə də çempionata İtaliyadan ən yaxşı futbolçular gələcək. Bilirəm ki, Azərbaycan futbolu inkişaf etməkdədi. Çox heyf ki, bunu Avropada göstərmirlər. Avropada əsasən Bundes Liqanı, İspaniya La Liqasını göstərirlər. Lakin  biz Avropa olaraq, görürük ki, Azərbaycanda idmana çoxlu investisiyalar qoyulur, xüsusən də futbola. 
 
- Azərbaycanda İtaliya millisinin çox sayda azarkeşləri var. Canluici Donnarommanı bu yarışda görə biləcəyik?
- Yox, görməyəcəksiniz. Çünki, o, 21 yaşlılardan ibarət milli komandadı. Ona görə də, Federasiya onu 17 yaşılardan ibarət milli komandaya göndərməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right