Təbriz Həsənov: "Qrupdan çıxa bilərik"

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Təbriz Həsənov Bakıda keçiriləcək Avropa çempionatındakı rəqibləri dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis Portuqaliya, Belçika və Şotlandiyanın da yer aldığı qrupdan 1/4 finala yüksəlməyin mümkünlüyünü bildirib.

Bununla belə, T.Həsənov rəqiblərin zəif komanda olmadıqlarını vurğulayıb:

"Bizim qrupdan çıxmaq şansımız var. Öncədən də demişdim ki, qrupumuzda iki reytinqli kollektivin yer almasını istəməzdim. Şadam ki, belə də oldu.Amma Portuqaliya, Belçika və Şotlandiya da zəif komanda deyil. Düşünürəm ki, qrupun ən güclüsü Portuqaliyadır. Həmçinin, Belçika da güclüdür. Bütün komandalar önünə qələbə üçün çıxacağıq. Heyətdə yeni futbolçular olacaq, lakin adlarını açıqlamaq istəmirəm".

Baş məşqçi mayın 5-də start götürəcək çempionat öncəsi bir neçə ölkə yığması ilə yoldaşlıq görüşü keçirmək üçün danışıqların aparılacağını söyləyib:

 "Komandalardan 10 gün əvvəl gələni olacaqsa, onunla yoldaşlıq görüşü keçirməyə çalışacağıq. Çox istərdim ki, qrup rəqibləri səviyyəsində olan komandalarla qarşılaşaq. Məsələn, Portuqaliyaya uyğun olanı İspaniya, Belçika səviyyəsində isə Avstriya ilə görüşmək olar. Əlbəttə, əgər razı olsalar".

Qeyd edək ki, Avropa çempionatı mayın 21-dək davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right