Millimizin yarımmüdafiəçisi "Hamburq"dan rəsmi təklif aldı

Dmitri Nazarovun yayda “Karlsrue”dən ayrılacağı dəqiqləşib. Almaniya mətbuatına inansaq, II Bundesliqa təmsilçisi hansı futbolçularla əməkdaşlığı davam etdirib, hansılarla yolları ayıracağını artıq müəyyənləşdirib. Millimizin yarımmüdafiəçisinin adı komandadan ayrıla biləcək 7 futbolçudan ibarət siyahıda göstərilib. 

Baş məşqçi Markus Kauçzinski yekun qərarını verib. Onun istəyi ilə Martin Stoll, həmçinin Valentino Vuyinoviçlə yeni müqavilə imzalanıb. Hər ikisinin sözləşməsinin müddətinin uzadılması Almaniya mətbuatı üçün gözlənilməz olub.

Əvəzində yayda müqavilələri başa çatacaq Dominik Peyts, Saşa Traut və Dmitri Nazarovun komandadan göndərilməsinə qərar verilib. Adıçəkilənlərin yeri gənc oyunçularla doldurulacaq.

Nazarov 2013-cü ildən “Karlsrue”nin formasını geyinir. 26 yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasına isə 2014-cü ildən dəvət alır.

Newsport.az-ın əldə etdiyi məlumata görə, "Dima" hazırkı klubunu öz istəyi ilə dəyişir. Nə "Qarabağ", nə də "Qəbələ" - heç biri onunla anlaşmayacaq. Çünki millimizin üzvünün ağlı Bundesliqadadı. "Hamburq"dan rəsmi dəvət alıb. "Auqsburq" və "Darmşdadt" da ona müqavilə təklif edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right