"Kəpəz" hazırlığı tamamladı

Azərbaycan Premyer Liqasının 29-cu turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyuna hazırlığı yekunlaşdırıb.

Newsport.az-ın məlumatına görə, “sarı-göylər” matçın son məşqinə qarşılaşmanın keçiriləcəyi “Azərsun Arena”da çıxıb.
 
Gəncə klubu çempionatın lideri ilə oyunda aparıcı futbolçulardan Junior Martinsin xidmətindən yararlana bilməyəcək. Braziliyalı yarımmüdafiəçi cəzalıdır.
 
Ötən tur AZAL-la görüşü eyni səbəbdən buraxan Budaq Nəsirov isə artıq cəzasını başa vurub. Amma Nəsirov zədəlidir. Gənc futbolçu ötən gün tibbi müayinədən keçsə də, onun Ağdam təmsilçisi ilə oynayıb-oynamayacağı dəqiqləşməyib. Nəsirov haqda son qərar matç ərəfəsindəki təkrar müayinədən sonra veriləcək. (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right